Təhsil haqları (hər semestr üçün avro ilə)
Proqramlar (davam etmə müddəti ilə)


Budapeştdə intensiv ingilis dili proqramı (2 semestr)2200
Budapeştdə bakalavr proqramları (6 semestr)3300
Budapeştdəki magistr proqramları (2 semestr)4700
Budapeştdə PhD proqramları (6 semestr)3100

Avropa Birliyindən olmayan ölkələrin, o cümlədən Azərbaycan Respublikasının vətəndaşları viza və miqrasiya sənədlərinin hazırlanması üçün 900 avro qeydiyyat haqqını ilk ilin təhsil haqqısı ilə birlikdə ali məktəbin bank hesabına ödəməlidirlər.

Bu ali məktəbdə oxuyan tələbələr bütün xərclərini (təhsil haqqı, sığorta, viza, nəqliyyat, yemək, qalmaq xərcləri və s.) özləri ödəməlidirlər və yuxarıdakı qiymətlərə bu xərclər daxil deyil. Ali məktəbdə hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil alma imkanı mövcuddur.

Ali məktəb “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na daxildir, lakin hazırda bu proqram bağlıdır. Ali məktəbin diplomları Təhsil Nazirliyi tərəfindən tanınır.