IBS-in tələbəsi
Sənədləri göndərmək üçün son tarix 31 iyul 2017-ci ildir, lakin yerlər məhduddur və bizə müraciət etməyə tələsin.
Ali məktəbə qəbul olmaq üçün lazım olan sənədləri info@ibs-budapest.com ünvanına mümkün qədər tez göndərmək lazımdır.

Hər proqram üzrə tələb olunan sənədlərin siyahısı:

Bakalavr proqramlarına qəbul üçün:
1. Ərizə formasını bu keçiddən yükləyib doldurmaq;
2. Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;
3. Attestatın ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Hələ 11-ci sinifdə oxuyanlar bu sənədin əvəzinə, müvafiq arayışı ingilis dilinə tərcümə və təsdiq etməlidirlər.
4. Ən azı IELTS 6.0 və ya TOEFL IBT 80 bal ingilis dili sertifikatı. Bu sertifikatlardan heç biri olmayan şəxslər universitet və bizim nümayəndəlik tərəfindən Bakıda təşkil olunmuş ingilis dili imtahanından keçməlidirlər. İmtahandan keçən şəxslər dərhal birinci kursa başlayırlar, keçə bilməyən şəxslərə isə universitet tərəfindən hazırlıq kursları təşkil olunur.

Qeyd. Bakalavra müraciət edənlər üçün yaş limiti var. Namizədlər 2018-cı ilin avqustun 31-nə kimi (bakalavrın 1-ci kursunun sonuna kimi) 18 yaşında olmalıdırlar.

Magistratura proqramlarına qəbul üçün:
1. Ərizə formasını bu keçiddən yükləyib doldurmaq;
2. Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;
3. Bakalavr diplomunun ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Bakalavrın son ilində olanlar diplomun əvəzinə, müvafiq arayışı və bütün bakalavr təhsili zamanını göstərən qiymətləri (transkripti) ingilis dilinə tərcümə və təsdiq etməlidirlər;
4. Ən azı IELTS 6.5 və ya TOEFL IBT 90 bal ingilis dili sertifikatı. Bu sertifikatlardan heç biri olmayan şəxslər universitet və bizim nümayəndəlik tərəfindən Bakıda təşkil olunmuş ingilis dili imtahanından keçməlidirlər. İmtahandan keçən şəxslər dərhal birinci kursa başlayırlar, keçə bilməyən şəxslərə isə universitet tərəfindən hazırlıq kursları təşkil olunur.
5. Tədqiqat planı ancaq araşdırma yönümlü magistratura proqramları üçün tələb olunur.

Doktorantura (PhD) proqramlarına qəbul üçün:
1. Ərizə formasını bu keçiddən yükləyib doldurmaq;
2. Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;
3. Magistr diplomunun ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Magistraturanın son ilində olanlar diplomun əvəzinə, müvafiq arayışı və bütün magistr təhsili zamanını göstərən qiymətləri (transkripti) ingilis dilinə tərcümə və təsdiq etməlidirlər;
4. Tədqiqat planı;
5. Ən azı IELTS 6.5 və ya TOEFL IBT 90 bal ingilis dili sertifikatı. Bu sertifikatlardan heç biri olmayan şəxslər universitet və bizim nümayəndəlik tərəfindən Bakıda təşkil olunmuş ingilis dili imtahanından keçməlidirlər. İmtahandan keçən şəxslər dərhal birinci kursa başlayırlar, keçə bilməyən şəxslərə isə universitet tərəfindən hazırlıq kursları təşkil olunur.

İngilis dili kursları üçün:
1. Ərizə formasını bu keçiddən yükləyib doldurmaq;
2. Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;
3. Son təhsil sənədinin (bakalavr və ya magistr diplomu, diplom olmadıqda isə hazırki təhsil müəssisəsindən arayışın) ingilis dilinə tərcümə və təsdiq olunmuş surəti (vacib deyil, amma arzuolunandır);
4. İstənilən növ ingilis dili sertifikatı (vacib deyil, amma arzuolunandır).


İmtahan sualları:
İmtahana nə dərəcədə hazır olmağınızı yoxlamaq istəyirsinizsə, aşağıdakı fayllara baxa bilərsiniz: