IBS-in kampusu
Universitetin Budapeştdə öz kampusu var və böyük şirkətlərin ofisləri olan GraphiSoft Parkında yerləşir. Burada tədris üçün vacib olan auditoriyalar, inzibati bina, kitabxana, yataqxana, eləcə də tələbələrin əyləncəsi və istirahəti üçün hər cür şərait var.

Ali məktəbin yataqxanasının universitetin yaxınlığında olması tələbələrə rahatlıqla dərslərə və kitabxanaya getməyə şərait yaradır. Yataqxanada qalmaq istəyən tələbələr öz arzularından asılı olaraq bir və ya iki nəfərlik otaqlarda qala bilərlər. Tələbələrə 5 və ya 10 aylıq müqavilə bağlamaq təklif olunur. Yataqxanada otaqların qiyməti belədir:
a) bir nəfərlik otaqda 5 aylıq müqavilə bağlanarsa, hər ay üçün 445 avro olmaqla cəmi 4450 avro;
b) bir nəfərlik otaqda 10 aylıq müqavilə bağlanarsa, hər ay üçün 425 avro olmaqla cəmi 4250 avro;
c) iki nəfərlik otaqda 10 aylıq müqavilə bağlanarsa, hər ay üçün 300 avro olmaqla cəmi 3000 avro.