Budapeştdə 4 həftəlik ingilis dili kursu (yay məktəbi)
IBS-də yay məktəbi


Bu kurs hər biri 45 dəqiqə davam edən 100 ingilis dili dərsindən ibarətdir və 2016-cı ildə 4-29 iyul tarixlərində Budapeştdə International Business School-da keçiriləcək. Kursun məqsədi ümumi və biznesyönümlü ingilis dili biliklərini bütün istiqamətlərdə (dinləmək, danışmaq, oxumaq və yazmaq) orta səviyyədə inkişaf etdirməkdir.  Kursun iştirakçıları üçün Budapeştdə əyləncə proqramı – muzeyləri gəzmək, filmlərə baxmaq, görməli yerlərə səyahət etmək kimi sinifdənkənar fəaliyyətlər də nəzərdə tutulub. Bundan əlavə həftədə iki dəfə Macarıstanın ən gözəl tarixi və təbiəti olan yerlərinə eksursiyalar da təşkil olunacaq.

Tələbələr International Business School-un (Beynəlxalq Biznes Məktəbinin) kampusunda yerləşən yataqxanada qalacaqlar. Tələbələrə gündə 3 dəfə yataqxananın restoranında yemək veriləcək. 4 həftə ərzində 100 dərsdən ibarət ingilis dili kursu + gündə 3 dəfə yemək + lüks şəraitdə qalmaq + səyahət etmək + əyləncə (kino, oyunlar, muzeylər, rəqs və s.) = hamısı cəmi 1850 avro. Budapeştə gediş və gəliş, eləcə də viza xərcləri göstərilən 1850 avroya daxil deyil və iştirakçı tərəfindən ödənməlidir. Cəmi 1850 avroya 1 ay ərzində həm ingilis dilini öyrənəcəksiniz, həm də Avropanın ən gözəl şəhərlərindən biri olan Budapeştdə dincələcəksiniz.

International Business School Sizə Britaniya keyfiyyətini Budapeştdə daha asan və daha sərfəli qiymətə təklif edir. Tələb olunan sənədlər çox sadədir:
- Ümumvətəndaşlıq pasportunun (xarici pasportun) əsas 2 səhifəsinin (foto və imza olan) surəti. Hazırda xarici pasportu olmayanlar şəxsiyyət vəsiqələrini göndərə bilərlər, amma vizaya müraciət edənə qədər pasportu əldə etməlidirlər.
- Ərizə formasını bu keçiddən yükləyib doldurmaq.

Hər iki sənədi elektron formada bizə e-mail vasitəsilə info@ibs-budapest.com ünvanına göndərməklə bu kurslara qeydiyyatdan keçmiş sayılırsınız. Sənədləri göndərmək üçün son tarix 30 may 2016-cı ildir və yerlər məhduddur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Qeyd. Əgər 4 həftəlik iştirak edə bilmirsinizsə, yay məktəbində 2 həftəlik (4-18 iyul) iştirak edə bilərsiniz və bu halda ali məktəbə 1200 avro ödəməlisiniz.