![]() International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. Bu özəl universitet 1991-ci ildə yaradılıb və qısa zamanda ölkənin nüfuzlu universitetləri siyahısına daxil olub. Ali məktəb təkcə Macarıstan və Böyük Britaniyada deyil, Avropa Birliyi və ABŞ-da da akkreditasiyadan keçib. Təhsili bitirdikdə məzunlara Böyük Britaniyanın reytinqində 16-cı yerdə olan University of Buckingham-ın diplomu verilir. Bu universitet həmçinin Ali Təhsilin Statistikası Agentliyinin məlumatına əsasən məzunların iş tapmasına görə və Britaniya Milli Tələbə Sorğusuna əsasən 2006-cı ildən etibarən tələbə məmnuniyyətinə görə ilk yeri tutub. Bundan başqa bu yaxında The Times və The Sunday Times nəşrlərində də müxtəlif kriteriyalara görə Britaniyada 1-ci yeri tutub. - Avropa standartlarına uyğun yüksək təhsil sistemi, ixtisaslı müəllimlərin müasir metodlarla maraqlı dərs keçməsi;
- Dünyanın 80-dən çox ölkəsindən 1300-dən çox tələbə ilə beynəlxalq mühitdə ingilis dilində təhsil almaq; - Digər xarici dilləri (rus, ispan, alman, macar, fransız və s.) öyrənmək imkanı; - Əla şəraiti olan kampus, müasir tədris binası, rahat yataqxanası, yeməkxanaya malik olması;
- Erasmus proqramı çərçivəsində təxminən 20 Avropa Birliyi ölkəsində 60-dan çox partnyor universitetdə bir semestr təhsil almaq seçimi;
- Tələbələrə qayğı ilə yanaşma, problemlərin vaxtında həll olunması, müxtəlif maraqlı və əyləncəli tədbirlərin təşkil olunması;
- Hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil alma imkanı; - Macarıstanın paytaxtı Budapeştdə qiymətlərin Bakı ilə təxminən eyni olması;
- Universitetin tələbələrinin təhsil aldıqları zaman və məzun olduqdan sonra 300-dən çox nüfuzlu partnyor şirkətdə (IBM, BMW, Deutche Bank, Vodafone, Sony, PwC və s.) yüksək səviyyəli işlər tapması. |